Festival Scope
Sign In Create Account
Signed in as
  • My Library
  • My Devices
  • My Account
  • Sign Out

Euro Film Fest - Avropa Film Festivalı


Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Rumıniya, Finlandiya, Almaniya, Macarıstan, Fransa, İspaniya, Lüksemburq, Yunanıstan, Latviya, Litva, Belçika, Çexiya və Polşa istehsalı 10 film nümayişini sizə təqdim etməkdən məmnunluq duyur.
Avropa Film Festivalı 14-29 iyun 2021-ci il tarixlərində onlayn reallaşdırılacaq. Festival boyunca proqrama daxil olan 2 sənədli, 2 komediya və 6 dram filmini ödənişsiz izləyə bilərsiniz.
Filmlər orijinal dildə olmaqla ingilis, rus və bir neçəsi Azərbaycan dilində altyazılarla nümayiş olunacaq. Hər filmə Azərbaycandan olan auditoriya limiti 400 nəfərdir. Filmlər digər ölkələr üçün açıq deyil.
İzləyicilər 17 iyun tarixində Festival zamanı nümayiş ediləcək “Bad Poems” filmin macar rejissoru Gabor Reiszlə və 24 iyun tarixində Avropa kino ekspertlə zoom vasitəsi ilə keçiriləcək görüşlərə qatıla biləcəklər.
Zoom görüşünə qatılmaq üçün Delegation-Azerbaijan@eeas.europa.eu ünvanına özünüz haqda qısa məlumat göndərin. Yerlər məhduddur.
Festival barədə daha ətraflı məlumat almaq üçün Avropa İttifaqının facebook səhifəsini izləyin https://www.facebook.com/EUDelegationtoAzerbaijan/ .
Festival Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ Üzv Dövlətlərinin Səfirlikləri və mədəniyyət institutları ilə birlikdə təşkil olunub.

Avropa Film Festival saytının istifadəsı


1. Bu səhifənin sağ küncündə olan Create Account üzərinə kliklə!
2. Tələb olunan məlumatı daxil et və öz hesabını yarat!
3. Giriş etdikdən sonra Festivals Tab hissəsinə kliklə!
4. İzləmək istədiyin proqramı seç! (Tələblər hər ölkə üçün fərqli ola bilər)
5. Filmlərlə tanış ol və birini seç!
6. Price düyməsinə kliklə!
7. Filmi rezerv elə və zövq al!

Download on the App Store
Download on the Google Play Store
Festival Scope
  • About Us
  • Help
  • Terms & Conditions
  • Privacy Policy
  • Your online film festival

Any thoughts, requests or suggestions? We’re all ears!

Co-funded by the
Creative Europe Programme
of the European Union

Powered by Shift72

© Festival Scope. All rights reserved.